Panalpina Central Asia E.C.” logistika şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
FED.az xəbər verir ki, şirkətin Ümumi Yığıncağı 21.04.2025-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.
Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1025, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XOCALI, ev.55 ünvana bildirə bilərlər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.
Qeyd edək ki, bu filial Azərbaycanda 11 dekabr 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Fuad Süleymanov Arif oğludur.