Azərbaycanda xarici kapitallı 15 mindən çox şirkət qeydiyyata alınıb, onlardan 200-ü Qazaxıstan kapitallıdır.
FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov Qazaxıstan-Azərbaycan işgüzar şurasının birinci iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra xarici sahibkarlar bu torpaqların bərpasına böyük maraq göstərir.
"Qarabağ enerji, turizm, nəqliyyat və logistika sektorlarında biznesin inkişafı üçün böyük potensiala malikdir. Agentliyimiz azad edilmiş ərazilərdə biznes fəaliyyəti üçün xarici şirkətlərdən 1 100-dən çox müraciət alıb. Onlardan 65 faizi Qazaxıstanın payına düşür", - O.Məmmədov deyib. (Trend)