Çərşənbə günü Azərbaycan və Qazaxıstanın iş adamları $11 milyon məbləğində yeni müqavilələr imzalayacaqlar.
Eləcə də bax: Qazaxıstan Holdinqi Füzulidə - TİKİNTİYƏ BAŞLAYIB
FED.az xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini vəzifəsini icra edən – ticarət və interqrasiya naziri Serik Jumanqarin məlumat verib.
Onun sözlərinə görə, müqavilələr bu gün Bakıda Azərbaycan-Qazaxıstan İşgüzar Şuranın iclası çərçivəsində imzalanacaq.
“Müqavilələr yağ, yağ məhsulları və vaqon tədarükünə aiddir. Qeyd edim ki, bu real müqavilələrdir, Qazaxıstan ixracının artımı ehtimal edilir”, - Jumanqarin “Kazinform” agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, cari ilin birinci yarısında Bakı ilə Nur-Sultan arasında ticarət dövriyyəsi $194 milyona çatıb, bu da “2021-ci ililn rekord göstəricinin ($480 milyona yaxın) yaxşılaşmasına ümid verir”.
Jumanqarin əlavə edib ki, tərəflər böyük ticarət potensialı malikdirlər, bu da ticarət dövriyyəsinin artımına gətirə bilər. “İlk növbədə, Azərbaycan bazarında ASK məhsulları və avtomobillər, avtomobil entiyat hissəsləri, kənd təsərrüfatı texnikası, həmçinin metal emalı məhsullarının tədarükünü artırmaq istərdik. Bundan əlavə, əczaçılıq sənayesi xətti ilə tədarükü artırmalıyıq. Hazırda biz Azərbaycandan polietilen, polipropilen idaxl edirik, bazarımızda buna böyük tələbat var”, - o vurğulayıb. (İnterfaks)