Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Milli Biznes Assosiasiyası, “Caspian Energy Club”ın rəsmi dəstəyi, “Award Organizers Group”un təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən yerli korporativ, xidmət və məhsul brendləri arasında 2024-cü ilin ən tanınan brendlərini müəyyən edən 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsi keçirilib.
“Araz” supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın - QALİBİ OLDU
FED.az xəbər verir ki, təşkilati komitənin sədri Günel Quliyeva bildirib ki, müsabiqə müstəqil platformada keçirilən genişmiqyaslı sorğu nəticəsində Azərbaycanın ən tanınan 50 brendini müəyyən edib.
Tədbirdə Azərbaycanın aparıcı brendlərinin rəhbərləri, rəsmi tərəfdaşlar və partnyorlar iştirak ediblər.
7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri sırasında “Araz” supermarketlər şəbəkəsi, “OBA Market”, “Veysəloğlu Distribusiya”, “Ulduz” Şokolad Fabriki”, “Azerçay” “Bizim Tarla”, “Bizim Sufre”, “Sun Paper”, “Slavyanka”, “Berqa”, “Final”, “Azərsüd”, “Azərduz”, “Aura”, “Shokki Mokki”, “Final Oil”, “Atena”, “Azpetrol”, “Mərcan Toyuq”, “PAŞA Həyat Sığorta”, “Azərişıq” ASC, “Supersun”, “Al Market”, “Azəriqaz” İstehsalat Birliyi, “Lay-Lay”, “Çörəkçi”, “Ləzzət Qida Sənaye” MMC, “Bismak”, “Vita1000”, “Saville", “Möcüzə”, “Sultan”, “Nati”, “Zeytun Bağları”, Azərbaycan Dövlət İqtisad Universiteti, “MyShops”, “SOCAR Green”, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “MyGroup Holding”, “Damla”, “Bizim Süd”, “Şəfa” futbol klubu, "166 Yükdaşıma və Logistika", “Azərşəkər", "Gazelli Group”, “Bizim Duz”, “Rəmzioğlu Paxlava”, “Gazelli Skincare”, “Ləzzət Broyler” MMC kimi brendlər yer alıb.
Milli müsabiqənin qalibləri sırasında AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi də yer alıb.
Qaliblər müvafiq sertifikatlarla təltif olunublar. (Azərtac)