Azərbaycanda bir neçə uşaq evi adını və təşkilati-hüquqi formasını dəyişərək publik hüquqi şəxsinə çevrilir.
FED.az xəbər verir ki, həmin uşaq evləri aşağıdakılardır.
1.“Şəki şəhər qarışıq tipli uşaq evi” (VÖEN: 3000190391) adını və təşkilati-hüquqi formasını dəyişərək “6 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
2. “O.Mirzəyev adına qarışıq tipli uşaq evi” (VÖEN: 2600164141) adını və təşkilati-hüquqi formasını dəyişərək “Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
3. “Gəncə Şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli uşaq evi” (VÖEN: 2300252331) adını və təşkilati-hüquqi formasını dəyişərək “4 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
4. “Xətai rayon 3 saylı uşaq evi” (VÖEN: 2000356431) adını və təşkilati-hüquqi formasını dəyişərək “3 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
5. “Suraxanı rayonu 2 saylı uşaq evi” (VÖEN: 1900544871) adını və təşkilati-hüquqi formasını dəyişərək “2 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
6. “1 saylı uşaq evi” (VÖEN: 1600267161) adını və təşkilati-hüquqi forması dəyişərək “1 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
7. “2 nömrəli Ailə tipli kiçik qrup evi” (VÖEN: 2601737301) adını və təşkilati-hüquqi formasını dəyişərək “2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
8. “1 nömrəli Ailə tipli kiçik qrup evi” (VÖEN: 1201102691) adını və təşkilati-hüquqi formasını dəyişərək "1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi" publik hüquqi şəxsinə çevrildiyini elan edir.