FED.az Banker.az-a istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra A4 formatında olan printer kağızlarının qiyməti sürətlə artmağa başlayıb. Qeyd edək ki, bu qiymət əvvəl 5-5.5 AZN təşkil etsədə, hazırda qiymət bir çox yerdə 13-19 AZN gəlib çatıb.
Eləcə də bax: Azərbaycanda A4 kağızlar kəskin bahalaşıb - QITLİQ YARANA BİLƏR
Maraqlı olan odurki, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyadan gətirilən məhsulların logistikasında ciddi bir dəyişiklik olmasada, kağızın, tikinti materiallarının və digər məhsulların qiymətində fantastik sürətlə artım müşahidə olunur. Burada, sahibkarların vəziyyətdən sui istifadəsidə istisna olmamalıdır. Hələki Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı heç bir açıqlama verməmişdir.