Azərbaycanda bir neçə QSC səhmlərinin dövriyyədən çıxarılmasını elan edib.
FED.az xəbər verir ki, bir sıra Qapalı Səhmdar Cəmiyyətləri təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi barədə qərar qəbul edib. Bu dəyişikliklə əlaqədar olaraq onların səhmləri dövriyyədən çıxarılıb.
Belə ki, “Vivatech Project and Construction” QSC (VÖEN: 6100430531), “STT Qrup Azərbaycan” QSC (VÖEN: 6100430401), “Sapphire CO” QSC (VÖEN: 1500624951) və “Stels” QSC (VÖEN: 2905910061) Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi ilə əlaqədar ümumi dəyəri 2 000 manat, hər birinin nominal dəyəri 20 manat olan 100 ədəd adi, adlı, sənədsiz səhmin dövriyyədən çıxarılmasını elan ediblər.
Bundan əlavə, “N-Oil Management” QSC (VÖEN: 1404468961) ləğv prosesində olduğuna görə ümumi dəyəri 2 000 manat, hər birinin nominal dəyəri 10 manat olan 200 ədəd adi, adlı, sənədsiz səhmin dövriyyədən çıxarılmasını açıqlayıb.













