Azərbaycanda daha bir şirkət xüsusi əhəmiyyətli əqd bağlayacaq.
Şərab zavodunu idarə edən şirkətin - Nizamnamə Kapitalı Artırılır
FED.az xəbər verir ki, iyulun 24-də “Tikinti Quraşdırma ANKZ-3” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi 9-da baş tutacaq iclasda
1. Səhmdar cəmiyyətin nizamnaməsinə əlavələrin və dəyişikliklərin edilməsi.
2. Seçkili orqanların yenidən formalaşdırılması.
3. Xüsusi əhəmiyyətli əqdin bağlanılması.
Kimi məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, xüsusi əhəmiyyətli əqd şirkətin ölçüləri ilə müqayisədə böyük məbləğli əqdlərə deyilir. Mülki Məcəlləyə əsasən MMC-lərin xalis aktivlərinin dəyərinin 50%-dən çox məbləğdə, Açıq səhmdar cəmiyyətlərin isə xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqdlər xüsusi əhəmiyyətli əqd hesab edilir.
Qaydaya görə, belə əqdlər barədə məlumatlar səhmdarların ümumi yığıncağında verilir, eləcə də əqdin özü barədə məlumat ictimaiyyətə açıqlanmalıdır.