Bu ilin yanvar-mart aylarında Azərbaycan 65,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 3 ayı ilə müqayisədə 46,7 milyon ABŞ dolları və yaxud 3,5 dəfə çoxdur.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan 18,5 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Təkcə martda isə Azərbaycan 25 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 13,3 milyon manat və ya 2,1 dəfə çoxdur.
Ötən ilin mart ayında 11,7 milyon manat qızıl ixrac edilmişdi.