İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın mart sayına əsasən, Azərbaycanın ən çox ixrac əməliyyat apardığı ölkələrin adları məlum olub.
Cari ilin ilk üç ayında Rusiya Federasiyasına 232,9 milyon ABŞ dolları, Türkiyəyə 134,3 milyon ABŞ dolları, Gürcüstana 80,6 milyon ABŞ dolları, İsveçrəyə 69,6 milyon ABŞ dolları, Ukraynaya isə 51,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin mart ayında Rusiya Federasiyasına 82,1 milyon ABŞ dolları, Türkiyəyə 51,5 milyon ABŞ dolları, Gürcüstana 27,7 milyon ABŞ dolları, İsveçrəyə 26 milyon ABŞ dolları, BƏƏ isə 10,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.