2024-cü il ərzində Azərbaycandan 165,5 milyon dollar dəyərində qızıl ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 44 milyon dollar 36,2% artıb.
Qeyd edək ki, 2023-cü ildə 121,5 milyon dollar dəyərində qızıl ixrac edilib.
Təkcə dekabr ayında 19,5 milyon dollarlıq qızıl ixrac edilib ki, bu da illik müqayisədə 6 milyon dollar və ya 44% çoxdur.