30 may tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Fondun yaradılmasının 20 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq tələbələr arasında keçirilmiş “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinin final mərhələsi baş tutub.
FED.az xəbər verir ki, müsabiqədə iştirak üçün 11 universitetdən 63 komanda müraciət edib. 24 may tarixində keçirilmiş yarımfinal mərhələsində iştirak imkanı əldə edən 8 komandadan 4-ü finala keçmişdir. Müsabiqə zamanı komandaların təqdimatları, investisiya seçimi və analitik təhlil bacarıqları, eyni zamanda sual-cavab hissəsinə hazırlıqları münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir.
Birinci yer uğrunda mübarizədə münsiflər heyətinin qərarı ilə “Stockholmers” (Bakı Mühəndislik Universiteti) komandası müsabiqənin qalibi olmuşdur. (“Blue Chip” (Azərbaycan Dövlət İqtisad Universiteti), “Intangibles” (Xəzər Universiteti)) komandaları isə müvafiq olaraq II və III yerləri qazanmışlar. Müsabiqə mükafatları I yer üçün 5000 AZN, II yer üçün 3000 AZN və III yer üçün 1000 AZN nəzərdə tutulmuşdur. Bununla yanaşı finalda iştirak edən komandaların üzvlərinə sertifikatlar təqdim edilmiş və müsabiqədə fərqlənən iştirakçılar ARDNF-də təcrübə keçmək imkanı qazanıb.
ARDNF-də “Uğurlu səhm seçimi” müsabiqəsinin qalibi - 5 MİN MANAT QAZANIB
15:30
30 May 2019