Müasir texnologiyalar nə qədər əlverişli olsa da, bəzi platformalar istifadəçilərlə bağladıqları razılaşmalarda qanunvericiliyin çərçivəsindən çıxmağa meylli olurlar. “Apar Ride” MMC ilə bağlı qeydə alınan son hüquq pozuntusu buna nümunədir.
"Rahat Market" müştəriləri aldadıb, malı baha qiymətə satıb – CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, 11 iyun 2025-ci il tarixində Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan yoxlamalar nəticəsində məlum olub ki, “Apar Ride” mobil tətbiqinin “İstifadəçi razılaşması” sənədinə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edilib. Belə hallar, qanunvericiliklə nəzərdə tutulan istehlakçı hüquqları ilə ziddiyyət təşkil edir.
Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinin birbaşa pozulmasıdır. Hüquqi təsnifata görə isə, bu cür şərtlərin müqaviləyə daxil edilməsi İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə cəzalandırılır.