2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə - 491,6 milyon ABŞ dolları gəlir əldə edib.
FED.az bu barədə Mərkəzi Bankın illik hesabatına istinadən xəbər verir.
Artım xarici pul və istiqraz bazarlarında mövcud əlverişli mühit və nisbi gəlirliliyin artırılması istiqamətində tətbiq edilən portfel strategiyaları ilə bağlıdır.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 25,1 milyon manat və ya 5,4 % çoxdur.
Bununla belə, ötən il AMB-nin investisiya portfelinin gəlirliliyi əvvəlki ilə nisbətən 0,23 faiz bəndi azalaraq 4,5 %-ə düşüb.