Fevralın 26-29-da Almaniyanın nəqliyyat, logistika, sənaye, bərpaolunan enerji və digər sahələrdə fəaliyyət göstərən 50-yə yaxın şirkətinin nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri planlaşdırılır. Azərbaycan Sahibkarlar Konfederasiyasının Almaniyadakı nümayəndəliyi də heyətin tərkibində Azərbaycana səfər edəcək.
2023-cü ildə Almaniyadan Azərbaycana avtomobillərin ixracı 125 milyon avronu keçib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının Almaniyadakı nümayəndəliyi məlumat verib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Almaniyadakı nümayəndəliyi 2022-ci ilin aprel ayından etibarən fəaliyyətə başlayıb. Almaniya-Azərbaycan iqtisadi maraqlarını əlaqələndirən qurum olaraq nümayəndəlik Azərbaycan şirkətlərini Almaniyadakı işgüzar fəaliyyətlərində dəstəkləyir. Dövlət qurumları, hökumət strukturları və inzibati orqanlarla əlaqələrin yaradılmasına dəstək göstərməklə Azərbaycan şirkətlərinin Almaniya bazarına giriş fəaliyyətlərində üzləşdiyi çətinliklər, inzibati maneələr və digər məsələlərə diqqəti yönəldir. Almaniya Kiçik və Orta Miqyaslı Müəssisələr Assosiasiyası və Almaniya Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyası ilə imzalanmış Anlaşma Memorandumları çərçivəsində bu təşkilatlarla fəal əməkdaşlığa başlamış Azərbaycan Sahibkarlar Konfederasiyasının Almaniyadakı nümayəndəliyi Alman İqtisadiyyatının Şərq Komitəsi ilə işgüzar əlaqə saxlayır. (Azərtac)