Almaniya 2023-cü ildə Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracını 2022-ci illə müqayisədə 4,2% - təxminən 2,5 min ədədə qədər artırıb.
Xaricdən Azərbaycana gətirilən elektromobillər - 11% BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi (Destatis) bildirir.
Hesabat dövründə tədarükün dəyəri 32,1% - təxminən 125,6 milyon avroya qədər artıb.
2023-cü ildə Almaniyadan Azərbaycana mühərrikinin həcmi 1500 kubsantimetrdən 3000 kubsantimetrə qədər olan təxminən 580 ədəd benzin mühərrikli yeni nəqliyyat vasitəsi (artım 2,7 dəfə) gətirilib. Tədarükün dəyəri təxminən 31,2 milyon avro (artım 3,1 dəfə) olub.
Hesabat dövründə Almaniyadan Azərbaycana mühərrikinin həcmi 1500 kubsantimetrdən 2500 kubsantimetrə qədər olan dizel mühərrikli köhnə nəqliyyat vasitələrinin ixracı illik müqayisədə 33,3% - təxminən 310 ədədə qədər, tədarükün dəyəri isə 40,7% - təxminən 3,8 milyon avroya qədər azalıb.
2023-cü ildə Almaniyadan Azərbaycana enerji mənbəyinə qoşula bilən benzin və elektrik mühərriki ilə işləyən köhnə hibrid avtomobillərin ixracı 41,7% - təxminən 230 ədədə qədər artıb. Bu nəqliyyat vasitələrinin tədarük dəyəri 34% artaraq təqribən 11,6 milyon avro təşkil edib. (İnterfaks-Azərbaycan)