100 faiz İsmayılov Abdula məxsus olan “Union Lizinq” ASC 2019-cu ilin ilk 6 ayını 323 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin mənfəəti 3,9 azalıb. Belə ki, “Union Lizinq” 2018-ci ilin ilk 6 ayını 1 milyon 255 min manat xalis zərər ilə bağlamışdı. Mənfətin azalması gəlirin 4 dəfə azalması ilə bağlıdır.
ELƏCƏ DƏ BAX : Sahibkarlar və şirkətlər üçün - YENİ CƏRİMƏLƏR – MƏCƏLLƏ DƏYİŞDİ
FED.az mailiyyə portalı Marja-ya istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Union Lizinq”in cəmi gəliri 368 min manat təşkil edib. Bu gəlir, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə azdır. Belə ki, “Union Lizinq” 2018-ci ilin yanvar-iyun dövründə 1 milyon 400 min manat cəmi gəlir əldə etmişdi.
30 İyun 2019-cu il tarxində “Union Lizinq” 4 milyon 547 min manat yığılmış zərərə malik olub.
Ötən ilin iilk 6 ayında 145 min manat olmuş cəmi xərclər bu ilin eyni dövründə təxminən 45 min manat təşkil edib (3 dəfədən çox azalıb).
ŞİRKƏT KİÇİLİB
2019-cu ilin 1-ci yarısının yekununda “Union Lizinq” 11 milyon 993 min manat cəmi aktivlərə malik olub. Son 1 ildə şirkətin aktivləri 18% azalıb. Aktivlərin azalmasının əsas səbəbi qısamüddətli debitor borcların (lizinq portfeli) 24% azalaraq 7 milyon 427 min manata düşməsilə bağlıdır.