“Grand Logistcs Center” MMC yenidən təşkil olunur.
FED.az xəbər verir k, şirkət “Grand Logistcs Center Property” MMC-nin (VÖEN:1406684821) ona qoşulduğu və bu qoşulma nəticəsində “Grand Logistcs Center” MMC-nin yenidən təşkil olunduğunu, qoşulma dövlət qeydiyyatına alındığı tarixdən, “Grand Logistcs Center Property” MMC-nin fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələri-nin “Grand Logistcs Center” MMC-yə keçdiyini elan edir.
Qeyd edək ki, “Grand Logistcs Center Property” MMC 12 dekabr 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 milyon 975 min 438.68 AZN-dir. Qanuni təmsilçisi isə Ruslan Mikayılov Şamil oğludur.
“Grand Logistcs Center Property” MMC 26 may 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 7milyon 124 min 561.32 AZN-dir. Qanuni təmsilçisi isə Samir Rzayev Sabir oğludur.