25 may 2024-cü il saat 14.00-da “Maştağa Aqrotexservis” ASC-nin inzibati binasında səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 4. ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Maştağa Aqrotexservis” ASC-nin 2023-cü ilə aid illik maliyyə hesabatlarının müzakirəsi və təsdiqi.
2. “Maştağa Aqrotexservis” ASC-nin əmlak kompleksinin inventarlaşdırma nəticələrinin müzakirəsi.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.
Əlaqə telefonu-012 455-35-55, 050-324-30-07.