Ukrayna və Rusiya arasında gərginlik artdıqca, birjalar artan inflyasiya risklərini idarə edə bilmək üçün mərkəzi bankların monetar siyasətlə bağlı ata biləcəyi addımlara fokuslanıb. Qərbin Rusiyaya qarşı mövqeyi sərtləşdikcə, avro və funt üzərində təzyiqlər də artmaqdadır.
Bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq FED-in son toplantısının protokolları investorların diqqət mərkəzində olacaqdır.
Yüksələn dollar indeksi fonunda qızıl ucuzlaşmaqda davam edir. Hazırda 1925$ hədlərində ticarət olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1916$-ın altına düşərsə, eniş tendensiyası sürətlənə bilər. Artan qeyri-müəyyənliklər fonunda neft qiymətlərində korreksiya dalğası müşahidə olunur.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.