«Yüksel Proje-Caspian» QSC-nin səhmləri dövriyyədən çıxarılır.
FED.az xəbər verir ki, bu barədə şirkətidən məlumat verilib.
1. Emitentin tam adı, təşkilati-hüquqi forması və olduğu yer - “YÜKSEL PROJE-CASPİAN” QSC (VÖEN - 1801179991), Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 13A, Xətai İş Mərkəzi 12-ci mərtəbə.
2. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi-
cəmiyyətin özünün ləğv edilməsi.
3. Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi- AZ1001009104.
4. Qiymətli kağızların növü və forması-sənədsiz, adi, adlı səhm.
5. Qiymətli kağızların nominal dəyəri-50 (əlli) manat.
6. Dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı-2000 (iki min ədəd) ədəd.
7. Qiymətli kağızların geri ödənilməsi şərtləri (qiymətli kağızların satın alınma dəyəri, ödənilməsi qaydası, və s.)-səhmdarlara səhmlərin dəyəri nağd şəkildə və yaxud göstərdiyi bank hesabına köçürülməklə geri ödəniləcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.