Birjalarda fundamental göstəricilər dəstək olsa da inflyasiya fonunda narahatlıqlar da bahalaşmanın məhdud qalmasına səbəb olub. Orta müddətli təhlillərə əsasən isə avro və funt sterlinqin dollara nisbətən məzənnələrinin bahalaşacağı proqnozlaşdırılır. Yüksək inflyasiyanın uzun müddət davam edəcəyinə dair rəsmi açıqlamaların da artması, əlvan metallar bazarlarında qızılın da dəyər qazanmasına səbəb olur.
İran ilə nüvə sazişi danışıqlarına dair açıqlamalar isə enerji birjalarında neftin ucuzlaşmasına səbəb olub. Bununla yanaşı, Amerikadan neft ehtiyatları ilə bağlı göstəricilər də ucuzlaşmanın əsas səbəbləri arasındadır. Lakin burada da təhlillər Brent neftinin dəyər qazanacağı ehtimal edilir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.