Paşa Kapital şirkəti bu ilin yay aylarında yeni mobil tətbiqini istifadəyə verəcək.
FED.az xəbər verir ki, bunu "Paşa Kapital" şirkətinin direktoru Ceyhun Hacıyev bildirib.
Onun sözlərinə görə, bu bazar üçün mühüm bir addım olacaq və eyni zamanda marağa səbəb olacaq. Ümumiyyətlə, 2026-cı il üzrə strateji plan çərçivəsində bir neçə addım atılacaq ki, bunlardan biri də kapital bazarlarının inkişafıdır. Biz biznes sahibləri və ya fiziki şəxslər üçün elə bir platforma yaratmalıyıq ki, bu daha rahat formada olsun, onlar üçün adi vərdişə çevrilməlidir.
Direktor bildirib ki, növbəti il ərzində əsas işlərdən biri IT sistemlərin yenilənməsi olacaq.