"Xalq Kapital İnvestisiya Şirkəti"nin dövriyyəsi artıb.
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar ayında şirkətin birja dövriyyəsi 52,3 milyon manat təşkil edib. 2023-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 5,8 dəfə artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 48,7 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 3,6 milyon manat, səhm əməliyyatları üzrə dövriyyəsi 272 manat olub.
Cari ildə «Xalq Kapital İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 5,4 dəfə artıb, səhm əməliyyatları 10,9 dəfə azalıb.
Bu il «Xalq Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 19% azalaraq 21-dən 17-yə düşüb.