Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi PHŞ (VÖEN: 8600208181) Şuşa şəhərində yerləşən abidələrin bərpa konservasiyası (1-ci mərhələdə 6 memarlıq abidəsi) üzrə işlərin satınalınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
Azərbaycanda Sənaye Parkına dəmiryolu çəkiləcək – 18 MİLYON XƏRCLƏNƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Cronos Construction” MMC (VÖEN: 1502591411) olub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 1 milyon 833 min manat təşkil edib.
Qeyd edək ki, qalib şirkət 2014-cü ildə yaradılıb. Nizamnamə kapitalı 200 min manat olan şirkətin qanuni təmsilçisi Əliyev İlham Fərrux oğludur. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, ev.28 hüquqi ünvanında yerləşir.
Məlumat üçün bildirək ki, dövlət qurumu bu işlərin görülməsi üçün 2 milyon 462 min manat ayırmışdı. “Cronos Construction” MMC isə 629 min manat daha aşağı qiymət təklif edərək tenderin qalibi olub.















