Son sutkada kriptovalyuta bazarında müsbət dinamika davam edib.
FED.az xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,83% artaraq 2,26 trilyon dollara yüksəlib.
Ən böyük kriptovalyuta olan Bitcoin (BTC) son 24 saatda 1,34% dəyər qazanaraq 66 318 dollara çatıb. Qızılla təmin olunan Tether Gold (XAUt) 1,85% artaraq 4 116,40 dollara, yüksəlib.
Ethereum (ETH) 0,65% artımla 1 935 dollara yüksəlib.
Bazar iştirakçıları arasında risk iştahının nisbətən artması və ABŞ Federal Ehtiyat Sisteminin yaxın aylarda faiz dərəcələrini aşağı sala biləcəyi ilə bağlı gözləntilər kriptovalyuta bazarında alışları dəstəkləyib. Eyni zamanda, qızılın beynəlxalq bazarlarda yüksək qiymətini qoruması qızılla təmin olunan Tether Gold və PAX Gold tokenlərinin də bahalaşmasına səbəb olub.















