Son günlər saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb.
Azərbaycanda virtual aktiv xidməti təminatçılarına məhdudiyyətlər hansı halda - TƏTBİQ EDİLƏ BİLƏR?
FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyir ki, təkcə dünən bir neçə şəxs belə faktdan zərər görüb.
Elşad Hacıyev onu da əlavə etdi ki, həmin şəxslərin hansısa birja, maliyyə qurumu və bankla əlaqəsi yoxdur.
Bəs onlayn platformada saxta kriprovalyutanı necə müəyyən etmək olar?
İnformasiya Texnalogiyaları üzrə mütəxəssis Bəhruz Əliyev hesab edir ki, kiberdələduzlar bu işi ustalıqla etdiklərindən bəzən vətəndaşlar bunu müəyyən etməkdə çətinlik çəkirlər.
Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağı, saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyi tövsiyyə edir. (Xezerxeber.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.