Siz bir investorsunuz. Vəsaitlərinizin dəyərini qorumaq və ya daha da dəyər qatmaq üçün investor olduğunuzu dərk etməli və bunu davam etdirməlisiniz.
Bu günə kimi investisiyanızı risk edərək yalnış sahələrə istiqamətləndirmisiniz. Biz investisiya dünyasına qorxuducu deyil, cəlbedici və real baxırıq. İnvestisiya dünyasına baxış bucağımızı təbiətdən alırıq.
Sərbəst vəsaitlərinizin miqdarı nə qədər olursa olsun, onları maliyyə bazarlarında dəyərləndirmədikcə, vəsaitləriniz dəyərini itirəcək. Gəlir gözləntiləriniz istiqamətində seçim edəcəyiniz maliyyə alətləri ilə vəsaitlərinizin dəyərini qoruyun ya da daha çox risk edərək mənfəət əldə etməyi hədəfləyin.