Venesuela Prezidenti Nikolas Maduro yeni, ən iri nominallı əsginas olan 100 minlik bolivarı nümayiş etdirib. Bu barədə ölkənin "El Nacional" qəzeti xəbər yayıb.
Prezidentin sözlərinə görə, yeni əsginas bu həftədən tədavüldə olacaq. Qeyd edək ki, hazırda Venesuelanın "qara bazar"ında 1 dolların qiyməti 40 000 bolivara yaxındır. Bu da o deməkdir ki, yeni əskinas təxminən 2,5 dollar təşkil edəcək.
Bununla yanaşı Maduro bildirib ki, 2018-ci ildən Venesuelada pul əməliyyatlarının 85%-i elektron qaydada həyata keçiriləcək. Bu il ölkədə inflyasiyanın 1 600% olacağı gözlənilir.