Robot-tğozsoran buraxan məşhur «iRobot» şirkəti müflis olduğunu elan edib.
FED.az xəbər verir ki, şirkətə nəzarət onun əsas təchizatçısı olan Çin şirkətinə keçəcək. Beləliklə «IRobot» şirkəti Çinin «Shenzhen PICEA Robotics Co.» şirkətinin nəzarətinə keçəcək, onun səhmləri isə sıfırlanacaq.
«iRobot» şirkətinin problemləri Koviddən sonrakı dövrdə başlayıb. Həmin vaxt 40 milyon robot-tozsoran satan şirkətin gəlirləri həm təchizatın pozulması, həm də daha ucuz rəqiblərin peyda olması nəticəsində azalmağa, borcları isə artmağa başlayıb.
Bu ilin yanvarın sonunda şirkət üçün xilas yolu görünüb - «Amazon» şirkəti «iRobot»u 1,7 milyard dollara almaq istədiyini elan edib. Amma Avropanın antiinhisar qurumları bu əməliyyata icazə verməyiblər.
Avropada hesab ediblər kİ, bu əməliyyatdan sonra şirkət amerikalıların nəzarətinə keçəcək və bu da Avropa bazarında inhisarçılıq yaradacaq. Nəticədə şirkət öz işçilərinin 31%-ni, təqribən 350 nəfəri ixtisar edəcəyini elan edib.
«Amazon»la baş tutmayan məsələdən sonra, «iRobot»u Çin şirkətləri də sıxmağa başlayıb. «Narwal», «Dreame» və «Roborock» kimi şirkətlər eyni məhsulu daha ucuz təqdim etməklə «iRobot»un bazar payını əlindən alıblar.
Şirkətə sonuncu zərbəni prezident Trampın gömrük tarifləri barədə qərarı vurub – həmin qərar Vyetnamdan gətirilən mallara 46% tarif tətbiq edib. «iRobot»un tozsoranları da Vyetnamda istehsal edildiyindən bu qərardan sonra kəskin bahalaşıb və bundan sonra istehsal mənasız olub. Beləliklə, Çin şirkətləri tərəfindən «boğulan» şirkətə son zərbəni Tramp vurub.
Şirkətin müflisləşməsi barədə qərar birjada onun səhmlərini çökdürüb – «Nasdaq» birjasında səhmlər 80% ucuzlaşıb.
Xatırladaq ki, «iRobot» 1990-cı ildə, ABŞ-ın Massaçuset İnstitutunun robot texnologiyaları mütəxəssisləri tərəfindəfn yaradılıb. Şirkətin 2022-ci ildə buraxdığı «Roomba» robot tozsoranı, hansı ki, döşəməni müstəqil şəkildə tozdan təmmizləyib yuya bilirdi - bazarda bomba kimi partlamışdı. Şirkət həmçinin hovuz yumaq üçün qurğular da buraxırdı.











