26 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin tədavül müddəti 6 (altı) təqvim ili olan AZ2012002021 dövlət qeydiyyat nömrəli, 15 milyon dollar həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Eləcə də bax: “Unibank” 6%-lik ödənişlə 15 milyon dollarlıq - İSTİQRAZ BURAXIR
FED.az xəbər verir ki, hərrac zamanı 23 investor tərəfindən 24 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15 milyon dollar təşkil etmişdir.İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15 milyon dollar təşkil etmişdir.
Yerləşdirmə üzrə baş anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.