Türkiyədə dollar yenidən yüksəlir. FED.az xəbər verir ki, ABŞ-ın xarici işlər naziri Mike Pompeo, "Keşiş Branson bu ay sərbəst buraxıla bilər" bəyanətindən sonra dollar 6,0860 lirəyə qədər düşsədə, səhər saatlarında yenidən 0,16% yüksələrək 6,16 lirə olub.
Avro və funt da yüksəlir. Avro 0,14% qalxaraq 7,24 lirə, funt-sterlinq 0,05% artaraq 8,0837 lirəyə ticarət olunur.
İstanbul Birja indeksi 1,59% dəyər qazanaraq 99 547 xal təşkil edib.
Türkiyədə dollar yenidən yüksəlir
09:17
25 Sen 2018