Türkiyədə dollar son günlərdə 5,18 lirəyə qədər düşmüşdü, lakin dünən və bu gün yenidən dəyər qazanmağa başlayıb.
FED.az xəbər verir ki, bu gün saat 10:39-da dollar 0,83% artaraq 5,207 lirə olub.
Avro 0,85% artaraq 5,97 lirə, funt-sterlinq isə 0,50% artaraq 6,82 lirə təşkil edib.
İstanbu Birjasında BİST100 indeksi 1,09% azalaraq 102 937 xal olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Türkiyədə dollar yenidən bahalaşıb – SON QİYMƏT

10:42
2 Fev 2019