Türkiyədə dollar yenidən bahalaşıb.
FED.az xəbər verir ki, bu gün dollar 0,49% artaraq 5,352 lirə olub. Xatırladaq ki, dünən səhər dollar 1 aydakı ən aşağı həddə 5,259 lirəyə enmişdi.
Avro 0,66% artaraq 6,13 lirə, funt-sterlinq də 0,45% artaraq 7,04 lirə təşkil edib.
İstanbu Birjasında BİST100 indeksi 0,05% artaraq 101 351 xal olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Türkiyədə dollar yenidən bahalaşıb – SON QİYMƏT

12:54
29 Yan 2019