Türk lirəsi dollar qarşısında dəyər qazanmağa davam edir. FED.az xəbər verir ki, dollar 0,75% geriləyərək 5,9653 lirə təşkil edir.
Avro və funt da ucuzlaşır. Avro 0,84% düşərək 6,95 lirə, funt-sterlinq 0,82% azalaraq 7,80 lirəyə ticarət olunur.
Qeyd edək ki, liənin bahalaşmasının səbəbi keşiş Endryu Bransonun azad ediləcəyi xəbəri, və ABŞ-ın Mərkəzi Bankının faiz dərəcəsinin 2019-cu ilə qədər yüksəltməyi dayandıracağı xəbəri olub.
İstanbul Birja indeksinin son 4 ayın ən yüksək göstərici olub. Belə ki, Birja indeksi 1,16% dəyər qazanaraq 100 299 xal olub.
Türkiyədə dollar ucuzlaşmağa davam edir
08:39
28 Sen 2018