Suriyadakı əməliyyatlarla bağlı Türkiyə ABŞ anlaşmasından sonra Türkiyə iqtisadiyyatı ilə bağlı mənfi gözləntilər aradan qalxıb və nəticədə türk lirəsi dollar qarşısında kəskin möhkəmlənib.
FED.az xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğanın ABŞ-ın vitse-prezidenti Mike Pence görüşünün ardından dollar Türkiyədə ucuzlaşmağa başlayıb.
Eləcə də bax:SOCAR AQŞ Türkiyədə yeraltı qaz anbarlarının inşası layihəsinə başlayır
Tərəflər Suriyada 120 saatlıq atəşkəs elan etdikdən dərhal sonra dollar 1%-dən çox ucuzlaşaraq 5,81 lirəyə düşüb. Oktyabrın 18-də də dollar ucuzlaşmaqda davam edərək 5,76 lirəyə düşüb.
Xatırladaq ki, 14 oktyabrda dollar lirə qarşısında bahalaşaraq 5,92 lirəyə yüksəlmişdi.