Türkiyədə dollar kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, Türkiyədə dolların qiyməti 6,10 lirədən aşağı düşüb. Hazırda 1 ABŞ dolları 6,0920 lirə olub.
Xatırladaq ki, dolların maxksimum qiyməti ən son 28 fevralda müşahidə edilib. Dollar fevralın 28-də 6,2469 lirəyə qədər bahalaşmışdı.