Dollar türk lirəsi qarşısında kəskin dəyər itirib.
FED.az xəbər verir ki, səhər saatlarında 5,25 lirəyə ticarət olunan dollar. Hal-hazırda 0,91% dəyər itirərək 5,17 lirəyə ticarət olunur.
Xatırladaq ki, dollar avqustun 8 də 6,88 lirəyə ticarət olunurdu və indi dollar avqustan bəri lirə qarşısında 24,85% dəyər itirib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Türkiyədə dollar sürətlə ucuzlaşır
12:34
29 Noy 2018