Türkiyədə dolların məzənnəsi sürətlə artmaqdadır. FED.az xəbər verir ki, günə 4,7 lirə məənnəsi ilə başlayan ABŞ valyutası hərracların gedişində sürətlə bahalaşaraq 4,78 lirə, 4,84 lirə və 4,93 lirəyə yüksəlməklə rekord həddə çatıb. İyulun 11-də səhər saatlarından bəri Türkiyədə dollar təqribən 5% bahalaşıb.
Dollarla yanaşı, Türkiyədə avro və funt da bahalaşır. Avronun məzənnəsi 5,75 lirəyə, funt sterlinq isə 6,57 lirəyə çatıb.
Bahalaşmanın səbəbi xarici investisiyaların Türkiyəni tərk etməsi və xarici ticarət kəsirinin 5,89 milyard dollara çatmasıdır.
Xarici valyutaların bahalaşması ilə paralel olaraq İstanbula birjasının indeks idə sürətlə enməkdədir. Bakı vaxtilə saat 01.55-də birja indeksi gün ərzində 5,8% azalaraq 91 289-a enib.
Lirənin zəifləməsi Türkiyənin dövlət istiqrazlarının faizlərini artıraqaq 20,3%-ə yüksəldib.