Dünən Türkiyədə səhər saatlarında dəyər itirən dollar bu gün yenidən bahalaşıb.
FED.az xəbər verir ki, bu gün saat 9:21-də dollar 0,12% artaraq 5,28 lirə olub. Qeyd edək ki, bu son 10 gün ərzində ən yüksək göstəricidir.
Avro 0,34% artaraq 5,98 lirə, funt-sterlinq isə 0,44% artaraq 6,82 lirə təşkil edib.
İstanbu Birjasında BİST100 indeksi dəyişməyərək 101 645 xal olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Türkiyədə dollar son 10 gündə ən yüksək həddə çatıb - QİYMƏT

09:25
14 Fev 2019