Türkiyə Statistika qurumu ölkədə inflyasiya ilə bağlı son rəqəmləri açıqladıqdan sonra, lirə dollar qarşısında bir qədər ucuzlaşdı. FED.az xəbər verir ki, dollar məzənnəsi 0,36% yüksələrək 6,0684 lirə olub.
Eləcə də bax: Türkiyədə illik inflyasiya 25%-ə yaxınlaşıb - LİRƏ UCUZLAŞIR
Avro və funt da bahalaşaraq uyğun olaraq 6,98 lirə və 7,86 lirəyə ticarət olunur.
İstanbul Birja indeksi 0,99% dəyər itirərək 97 188 xal olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir