Türkiyədə çərşənbə axşamı dollar 2018-ci ildən bu yana 7 lirə səviyyəsini yenidən keçdi.
Eləcə də bax: Banklarda dollar, avro, rubl və lirənin – ALIŞ-SATIŞ QİYMƏTLƏRİ (23.04.2020)
FED.az-ın məlumatına görə, Türkiyədə dolların məzənnəsi 7.0077 lirə olaraq 2018-ci ilin avqust ayından bu yana ən yüksək səviyyəyə qalxıb.
Dollar 7 lirənin üzərində sabit qala bilmədi və yenidən 6,9950 lirə səviyyəsinə endi. Dollar bu günə 6.98 lirə səviyyəsində başlayıb və səhər saatlarında bu səviyyə ətrafında sabitlənib. Hazırda 1 dollar 6,9963 lir təşkil edir.
Qeyd edək ki, türk lirəsi 2020-ci ilin əvvəlindən bəri dollara nisbətən 15% dəyərsizləşib. Bloomberg-in izlədiyi 24 inkişaf etməkdə olan bazarından ən pis altıncı valyutadır.
Xatırladaq ki, dollar/lirə tarixində 2018-ci ildə 7.2362-də ən yüksək səviyyəyə çatmışdı.