Forextime Birja Strategiyası və Bazar Araşdırma direktoru olan Jameel Ahmed bildirib ki, dollardakı zəifliyə bağlı olaraq, lirə dəyər qazana bilər.
FED.az TÜRK mediasına istinadən xəbər verir ki, J.Ahme qeyd edib ki, “Bazarlar risk iştahı baxımından hal-hazırda Fed və digər Mərkəz Bankalar-a baxır. Digər bir faktor də ABŞ - Çin ticarət savaşlarıdır ki, bu da inkişaf edən bazarların fəaliyyətinə təsir edəcək. "
Həmçinin o bildirib ki, Türkiyədə əhali daha çox dolar almağa maraqlıdır. Çünki mövcud inflasiya gəlirlərə də təsir edir. Dollar isə daha sabitdir, ticarət gərginliyinin olması problem yaradır və biz inkişa edən valyutaların hansı istiqamətə gedəcəyini bilmirik.
Siyası riskin uzun müddətdir ki, lirənin artımına səbəb olub, inflyasiyanın olması isə daha da narahatlıq yaradır deyən Ahmed “ dollarda daha çox zəifləmə ola bilər və bu da dolların 5 lirədən daha aşağı düşməsinə səbəb ola bilər.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Eləcə də bax: Hərracda manata tələb təklifi 2,4 dəfə üstələyib
Türkiyədə dollar 5 lirədən aşağı düşə bilər
15:53
11 Fev 2019