Türkiyədə gündəlik kriptovalyuta ticarətinin həcmi 1 milyard dolları keçib.
Eləcə də bax: "Bitcoin"nin qiyməti - Tarixi Maksimuma Çatıb
FED.az xəbər verir ki, bitkoinin ard-arda rekordları təzələməsi onunla ticarətin həcmini də artırıb. Nəticədə Türkiyənin kriptovalyuta birjasında Yeni İl günlərində əməliyyat həcmi 1 milyard dolları keçib.
Qeyd edək ki, Türkiyədə bitkoinlə əməliyyatlar geniş yayılıb və elə buna qədər də gündəlik əməliyyat həcmi 500-600 milyon dollar idi.
Ən maraqlısı odur ki, son vaxtlaradək o qədər də ciddi yatırım sayılmayan kriptovalyuta əməliyyatlarının həcmi İstanbul Birjasının əməliyyatları ilə müqayisə olunacaq həddə çatıb.
Belə ki, İstanbul birjasının gündəlik ticarət həcmi 40 milyard lirə və ya 5-5,2 milyard dollor təşkil edir.
Kriptovalyuta bazarınnı həcmi isə İstanbul birjasının 25%-i həddinədək yüksəlib.
Hazırda dünyanin kriptovalyuta bazarının həcmi 475 milyard dollar civarındadır. Büt ün bazardakı əməliyyatların 72%-i bitkoinin payına düşür.