Türkiyədə keçirilmiş bələdiyyə seçkisinin nəticələri Türk Lirəsinin Dollar qarşısında təxminən 1% ucuzlaşması ilə nəticələnib.
FED.az xəbər verir ki, dünən Türkiyədə keçirilmiş bələdiyyə seçkisində ən çox səsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (Ak Parti) toplasa da, Prezidentin partiyası ölkənin 3 böyük şəhərindən 2-də uduzub. İstanbulda cüzi fərqlə "Ak Parti"nin, Ankara və İzmirdə isə rəqib CHP-nin namizədi qalib gəlib. Eyni zamanda, Antaliya və Adana da da CHP-nin namizədi qalib olub.
Seçki nəticələrindən məyus olmuş şəkildə çıxış etmiş Ərdoğan, "Siz qiymətli qardaşlarımdan bir şeyi xahiş edirəm. Əsla küsməyin, üzülməyin… "Biz bu nəticəni gözləmirdik" deməyə ehtiyac yoxdur. Bu seçkinin birinci partiyası "AK Parti"dir. Digərləri düşünsün" deyib.
Türkiyədə bələdiyyələrin təxminən 56%-i "AK Parti" tərəfindən idarə olunacaqdır.
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Dollar/TL məzənnəsi 1% artımla 5.6268 səviyyəsində, Avro/TL məzənnəsi isə 1,1% artımla 6.3311 səviyyəsində olub.
Eləcə də bax: Ərdoğanın partiyası Türkiyənin 3 böyük şəhərindən 2-də uduzub
©Marja