ABŞ prezidenti Donald Trampın ailəsinin nəzarətində olan “Trump Media & Technology Group” (TMTG), ümumilikdə 2 milyard dollar dəyərində bitkoin və digər kripto aktivləri aldığını açıqlayıb.
Tramp "GENIUS" qanununu imzaladı: Kriptovalyuta bazarı üçün nə dəyişəcək?
FED.az xəbər verir ki, bu açıqlamadan sonra şirkətin səhmləri 6% bahalaşıb. May ayında TMTG kriptovalyuta, o cümlədən bitkoin almaq üçün 2.5 milyard dollar cəlb edəcəyini açıqlamışdı.
Donald Trampın özü dəfələrlə kriptovalyutalar haqqında müsbət fikirlər səsləndirib. Mart ayında o, milli kriptovalyuta strateji ehtiyatının yaradıldığını elan edib və ABŞ-nin onların “dünya paytaxtı” olacağına söz verib.
İyulun 18-də cənab Tramp kriptovalyutalar üçün yeni qaydalar haqqında qanun imzalayıb. Qanun dollarla dəstəklənən stabilkoinlər üçün istehlakçıların müdafiəsini nəzərdə tutur və kriptovalyuta sənayesinə inamı gücləndirməyə yönəlib. Qanunun qəbulundan sonra qlobal kriptovalyuta bazarının kapitallaşması rekord həddə 3.91 trilyon dollara çatıb. (Banker.az)