ABŞ Prezidenti Donald Tramp ölkənin kriptovalyuta ehtiyatının yaradılacağını elan edib. Bu ehtiyata “Bitcoin”, “Ethereum”, “Solana” (SOL), “Ripple” şirkətinin XRP-si, “Cardano” (ADA) və digər “qiymətli” rəqəmsal aktivlər daxil olacaq.
Assosiasiya: "Qiymətli kağızlar bazarı haqqında" yeni qanun hazırlanır
FED.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
“ABŞ-nin kriptoehtiyatı bu kritik sənayeni Bayden administrasiyasının illərlə davam edən korrupsion hücumlarından sonra yüksəldəcək. Buna görə də rəqəmsal aktivlər barədə fərmanım prezidentin işçi qrupuna XRP, SOL və ADA-nı ehtiva edən kriptostrategiya ehtiyatı üzrə irəliləməyi tapşırıb. Mən ABŞ-nin dünyanın kriptopaytaxtı olmasını təmin edəcəyəm”, – Tramp vurğulayıb.
O, növbəti paylaşımında əlavə edib ki, Amerika kriptoehtiyatına “Bitcoin”, “Ethereum” və digər “qiymətli” valyutalar da daxil olacaq.
ABŞ liderinin sadaladığı kriptovalyutalar kəskin bahalaşıb. ADA 60 %, XRP 33 %, SOL 25 % artıb. “Ethereum” və “Bitcoin” isə müvafiq olaraq 13 % və 10 % dəyər qazanıb.(Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.