Amerikanın "The Economist" nəşri yeni sayının üz qabığına yaşıl ilan formalı dollar yerləşdirərək Amerika valyutası ilə əlaqəli risklərə işarə edib.
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, nəşrin uzərində "Hiyləgər və düşən dollar dövrü. Amerika aktivlərinin sahibləri buna öyrəşməli olacaqlar" yazılıb.
Məqalə müəlliflərinə görə, ABŞ Prezidenti Donald Trampın 20 yanvar 2025-ci il tarixində andiçmə mərasimindən bəri dollar indeksi 10%-dən çox düşüb. Bundan əlavə, ticarət məlumatlarına görə, bu müddət ərzində ABŞ valyutası avroya qarşı təxminən 15% dəyər itirib.
"The Economist" öz məqaləsində həmçinin investorların panikası dövrlərinin daha tez-tez baş verdiyini qeyd edib. Onlar nümunə olaraq Trampın idxal rüsumlarının tətbiqini elan etdiyi və 2025-ci ilin aprel ayını "Azadlıq Günü" adlandırdığı göstərirlər.
"The Economist" qeyd edib ki, belə anlarda investorlar ABŞ aktivlərini kütləvi şəkildə satmağa başlayırlar və bu da səhmlərin və dolların ucuzlaşmasına səbəb olur. Nəşr hesablayıb ki, bu fenomen ötən il əvvəlki onilliklərlə müqayisədə təxminən üç dəfə daha tez-tez baş verib.
Məqalədə deyilir ki, "Bu panik ataklar dollar aktivlərinin artıq təhlükəsiz olmadığı nizamsız bir dünyanın bir görüntüsünü təqdim edir".











