Avropada investorlar şirkət gəlirlərinə, iqtisadi göstəricilərə və həyata keçiriləcək monetar siyasətin gedişatına kökləniblər. Beləki, bu gün Avropa Mərkəzi Bankının açıqlayacağı faiz qərarı, eləcə də sədr K.Laqardın bankın gələcək vizionu ilə bağlı verəcəyi açıqlamar avro və funtda cari ticarət həftəsində müşahidə olunan artım tendensiyasının davamlılığına ciddi təsir edə bilər.
AMB tərəfindən sürpriz faiz qərarı verilərsə, bu, EUR/USD və GBP/USD cütlüklərindəki artımların uzunmüddətli olmasına səbəb ola bilər.
Cari həftəyə artımlarla başlayan qızıl çərşənbə günü kəskin ucuzlaşdı. Hazırda 1692$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə qiyməti 1690$-ın altına düşərsə, 1678$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.