SOCAR İstiqrazları sahiblərinə 1 125,0 min ABŞ dolları dəyərində kupon ödənişi həyata keçirilib.
FED.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, istiqraz sahiblərinin ümumi qazancı 3 375,0 min dollara yüksəlib.
Xatırladaq ki, istiqrazların hər birinin nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% təşkil edir.
5 ilin yekununda toplam gəlir 22,5 mln. dollar təşkil edəcək. (Apa)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.